Alekseyevadan XƏBƏRDARLIQ: içkiləri qaynar halda içsəniz...

Ümumi təcrübə həkimi, terapevt Larisa Alekseyeva qışda qaynar içkilərin ehtiyatla içilməli olduğunu qeyd edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya beynəlxalq çoxdilli informasiya telekanalları şəbəkəsi "RT"xəbər verib.

Həkimin sözlərinə görə, çox qaynar içki dilə, selikli ağız boşluğuna və qida borusuna zərər verə bilər.

"Çox qaynar maye mədə-bağırsaq traktının müxtəlif xəstəliklərinə səbəb ola bilər ki, bu da onkoloji, eroziya, qastrit və xora kimi xəstəliklərin yaranmasına gətirib çixarır", - deyə Alekseyeva vurğulayıb.

Terapevt əlavə edib ki, isti içkilərin optimal temperaturu təxminən 60° C olmalıdır.

Öz növbəsində stomatoloq-ortodont Mariya Balakireva əvvəlcə soyuq ardınca da isti suyun və ya əksinə içilməsinin məsləhət olmadığını bildirib. Bu, diş minasının zədələnməsinə səbəb ola bilər.

Bundan əlavə, nadir hallarda, qaynar içkilər ağız boşluğunda qıcıqlanma olduqda stomatitin yaranmasına gətirib çıxara bilər.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ-da 3 mindən çox insanın olduğu gəmidə koronavirus aşkarlanıb

SONRAKI XƏBƏR

Türkiyədə illərdir axtarılan təhlükəli terrorçular məhv edilib