ABŞ-da 3 mindən çox insanın olduğu gəmidə koronavirus aşkarlanıb

ABŞ-da səyahət gəmisində koronavirus aşkarlanıb.

Bu barədə "Report" “Associated Press”ə istinadən xəbər verir.

Yeni Orleana gedən səyahət gəmisinin göyərtəsində olan 10 nəfərə koronavirus infeksiyası diaqnozu qoyulub.

Ümumilikdə gəminin göyərtəsində 3 mindən çox insan var.

Bütün sərnişinlərdən koronavirus testindən keçmələri tələb olunacaq.

2020-ci ilin aprel ayında Naqasaki limanında Yaponiyanın "Costa Atlantica" səyahət gəmisində 150-yə yaxın insan COVID-19-a yoluxmuşdu.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Putin ilə Modi iki ölkə arasında münasibətləri, Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər

SONRAKI XƏBƏR

Alekseyevadan XƏBƏRDARLIQ: içkiləri qaynar halda içsəniz...