Qazilərimiz qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər

Qazilərimiz qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər

İstanbul, 6 dekabr, AZƏRTAC

“YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicəsi davam etdirilən 44 günlük Vətən müharibəsi qaziləri qardaş ölkədə keçirilən futbol matçlarında qonaq qismində iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, təşəbbüs Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) tərəfindən irəli sürülüb. Belə ki, TADEF tərəfindən Türkiyənin aparıcı futbol klublarına müraciət edilərək qazilərimizin oyunlarda iştirak etməsi ilə bağlı təklif irəli sürülüb. Bu təşəbbüsə ilk olaraq “Fənərbaxça” klubu qatılıb və 11 qazimiz “Fənərbaxça” – “Rizəspor” qarşılaşmasında qonaq olublar.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az