2 körpə səhvən COVİD-19-a qarşı peyvənd olundu

2 körpəyə standart peyvənd əvəzinə koronavirusa qarşı peyvənd vurulub.
Pravda.az-ın xəbərinə görə, hadisə Braziliyanın San-Paulu ştatında baş verib.

Tibb bacısı iki aylıq qız və dörd aylıq oğlana difteriya, göyöskürək və hepatit əleyhinə kombinə olunmuş peyvənd əvəzinə səhvən “Pfizer” və “Biontech”in istehsal etdiyi Covid-19 əleyhinə vaksin vurub. Bundan sonra körpələrin temperaturu qalxıb, qusma və ağrı başlayıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan günaşırı qan analizi götürüləcək, kardioqram çıxarılacaq.

Vaksinasiyanı həyata keçirən tibb bacısı işdən kənarlaşdırılıb.
 

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

ÜST: "Omikron" ştamı yaxn vaxtlarda Avropada daha geniş yayıla bilər

SONRAKI XƏBƏR

BRİKS ölkələri Cənubi Afrikaya "omikron" ştammına qarşı mübarizədə yardım təklif edib