ABŞ-da yol qəzasında ölən Azərbaycan vətəndaşının nəşi Bakıya gətirilib

ABŞ-da yol qəzasında ölən Azərbaycan vətəndaşının nəşi Bakıya gətirilib

ABŞ-ın Cənubi Karolina ştatında ağır avtomobil qəzası nəticəsində vəfat edən Azərbaycan vətəndaşı Aydın Adil oğlu Məmmədovun nəşi vətənə gətirilib.

“Report”un məlumatına görə, yol-nəqliyyat hadisəsi noyabrın 9-da baş verib.

Amerika-Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbal bildirib ki, hadisə zamanı dünyasını dəyişən soydaşımızın cənazəsinin dəfn olunması üçün Bakıya göndərilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə mümkün olub.

“Mərhumun valideynlərinin hadisədən xəbəri olmadığından, bu barədə məlumatı sosial şəbəkədə paylaşmadıq. Onun ABŞ-da yaşamayan valideynlərinin və yaxınlarının maddi imkanlarının məhdud olması səbəbindən Diasporla İş üzrə Dövlət Komitəsi öz dəstəyini əsirgəmədi. Bu məsələdə göstərdikləri həssas münasibətə və köməyə görə Dövlət Komitəsinə, səfirliyə və soydaşlarımıza minnətdarlığımı bildirirəm”, - diaspor təşkilatının sədri deyib.

Mənbə: report.az