Dünəndən yağan yağış havanın keyfiyyətini əlverişli edib

Dünəndən yağan yağış havanın keyfiyyətini əlverişli edib

Paytaxtda hava keyfiyyəti göstəriciləri norma daxilində müəyyən edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində təyin olunan hava keyfiyyəti göstəriciləri norma daxilində müəyyən edilib.

Yağıntılı hava şəraiti havanın keyfiyyətini əlverişli edib.

Mənbə: bizim.media