Əziz Orucov yenidən hakim qarşısına çıxarılır

Əziz Orucov yenidən hakim qarşısına çıxarılır

Əziz Orucov həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verib.

Bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova öz Feysbuk səhifəsində məlumat yayıb.

O qeyd edib ki, şikayətə Apellyasiya Məhkəməsində 4 dekabr saat 15:00-da baxılacaq.

Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 28 noyabrda 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 188.2-ci (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham olunur.

Mənbə: axar.az