Təsdiqləndi: Çörəyi ilk dəfə onlar bişiriblər

Təsdiqləndi: Çörəyi ilk dəfə onlar bişiriblər

Qədim misirlilər ənənəvi olaraq eramızdan əvvəl 8000-ci illərdə çörək bişirən ilk insanlar hesab olunurlar. Əslində isə çörəyin əsl ixtiraçıları misirlilərdən on minlərlə il əvvəl çörək bişirmək sənətini təkmilləşdirən Avstraliya aborigenləri sayıla bilər.

Publkika.az xəbər verir ki, bu haqda "Ancient Origins" yazır. Yeni araşdırmalar göstərir ki, aborigen avstraliyalılar təxminən 34.000 il əvvəl, piramidalar Misir mənzərəsini bəzəməzdən əvvəl çörək bişiriblər. Bu kəşfin açarı Yeni Cənubi Uelsdə qədim dəyirman daşlarının tapılmasından sonar ortaya çıxıb. Dəyirman daşları aborigenlər tərəfindən çörək bişirmək üçün toxumları una çevirmək məqsədi ilə istifadə olunub. Bu kəşf, çörəkbişirmə tarixinin xronologiyasının daha qədimlərə gedib çıxdığını sübüt edir.

Araşdırmalardan belə məlum olub ki, aborigenlərin çörəkbişirmə üsulu yalnız bir növ taxılla məhdudlaşmırdı. O dövrdə yerli flora, o cümlədən donuzotu kimi müxtəlif bitkilərin toxumlarından isitifadə olunub. Ya birbaşa isti kömürdə, ya da xüsusi sobada bişirilən çörək aborigen mətbəxində mühüm yer tutub. Bu, sadəcə yemək deyil, zəngin aborigen irsini əks etdirən əsl mədəni təməl daşı idi. Təəssüf ki, avropalıların gəlişi və ağ unun tətbiqi ilə bu qədim çörəkbişirmə üsulları 1970-ci illərə qədər bəzi bölgələrdə davam etdi və tədricən sıradan çıxdı.

Cəmilə

Mənbə: publika.az