Norveç hökuməti 5-11 yaş arası uşaqların koronavirus əleyhinə peyvəndlənməsinə icazə verib

Norveç hökuməti 5-11 yaş arası uşaqların koronavirus əleyhinə peyvəndlənməsinə icazə verib

 

Stokholm, 15 yanvar, AZƏRTAC

Norveç hökumətinin qərarına əsasən, 5-11 yaş arası uşaqların peyvəndlənməsinə icazə verilib.

AZƏRTAC Krallıq hökumətinin saytına istinadla xəbər verir ki, müvafiq qərar artıq qəbul edilib. Lakin bu yaş qrupundan olan uşaqların peyvəndlənməsi yalnız valideynlərin razılığı ilə icra ediləcək.

Norveçin səhiyyə naziri İnqvild Kerkolun sözlərinə görə, ölkədə uşaqların koronavirusa yoluxma hallarında kəskin artım müşahidə edilir.

Səhiyyə naziri bildirib ki, hakimiyyət orqanları bütün uşaqların peyvəndlənməsinə çağırmırlar. Lakin xroniki xəstəlikləri və sağlamlıqları ilə bağlı problemləri olan uşaqların peyvəndlənmə imkanı olmalıdır.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Mənbə: azertag.az