Özbəkistanda COVID-19-a qarşı peyvənd olunan vətəndaşlar avtomobil qazana bilərlər

Özbəkistanda COVID-19-a qarşı peyvənd olunan vətəndaşlar avtomobil qazana bilərlər

 

Daşkənd, 15 yanvar, АZƏRTAC

Özbəkistanda COVID-19-a qarşı peyvənd olunan vətəndaşlar qiymətli prizlər, o cümlədən avtomobil qazana bilərlər.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, müsabiqə bu ilin yanvar, fevral və mart aylarında peyvənd olunan və sertifikat alan Özbəkistan vətəndaşlarına şamil edilir.

Yanvarın 5-dən bu günədək Özbəkistanda sutkalıq yoluxma halı günbəgün artmaqda davam edir. Belə ki, yanvarın 5-də yoluxma sayı 146 olmuşdusa, yanvarın 7-də 214, 9-da 389, 11-də 604, 13-də 824 olub.

Xatırladırıq ki, pandemiya dövründə ölkədə yoluxma sayı 203 min 297 nəfərə çatıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az