İctimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir

İctimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir

Azərbaycanda korrupsiyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Bu məsələdə vətəndaşlarla sıx təmasa işləyən QHT-lərin üzərinə böyük məsuliyyət düşür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov yanvarın 15-də ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində QHT-lərin rolu” mövzusunda keçirilən tədbirdə deyib.

İ.İsgəngərov vurğulayıb ki, ictimai nəzarətlə bağlı sosial institutların və ictimai nəzarət mexanizmlərinin yaradılması çox vacibdir.

Mənbə: azertag.az