Ali məktəblərdə hazırlıq qrupları - Qəbul edilən qanun niyə icra edilmir? - VİDEO

Ali məktəblərdə hazırlıq qrupları - Qəbul edilən qanun niyə icra edilmir? - VİDEO

2018-ci ildə "Təhsil Haqqında" qanuna dəyişiklik edilib və abituriyentlər üçün hazırlıq qruplarının yaradılmasına qərar verilib. Qərar qəbul imtahanlarından müvəffəqiyyət qazana bilməyən abituriyentlər Ali məktəblərdə təşkil olunacaq bu qrupların fəaliyyətindən yararlanmalı idi. Ancaq nədənsə hələ də bu istiqamətdə iş görülməyib. Müxbirimiz Nərmin Mirvalehqızı səbəbləri öyrənməyə çalışıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 4 ilə yaxındır qəbul edilən qanun hələ də icra edilmir.

2018-ci ildə Nazirlər Kabineti tərəfindən "Təhsil Haqqında" qanuna edilən dəyişikliyə əsasən, qəbul imtahanlarından kəsilən abituriyentlər üçün Ali məktəblərdəbirillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi. Ancaq həmin müddətdən indiyədək belə bir qruplar yaradılmayıb. Təhsil eksperti Kamran Əsədov deyir ki, qərarın icrası, əslində bir çox abituriyentinuniversitetlərə yolunu açmış olardı.

Kamran Əsədovun sözlərinə görə, buqruplar abituriyentlərin xərclərinin azalmasına və qəbul imtahanlarına daha səmərəli hazırlaşmasına kömək edə bilər.

Ali məktəblərdə belə qrupların yaradılması müəllimlərin iş saatına da təsir göstərəcək.

Təhsil Nazirliyinə məsələ ilə bağlı müraciət etsək də, suallarımız cavabsız qaldı.

Mənbə: news.milli.az