Çində 1 milyard 22 milyondan çox insan peyvənd olunub

Çində 1 milyard 22 milyondan çox insan COVID-19-a qarşı hər iki dozada peyvənd olunub. Bu isə ölkə əhalisinin 85%-dən çoxunu təşkil edir. AzVision.az xəbər verir ki, bu barədə Çinin Milli Səhiyyə Komissiyasının sözçüsü Mi Fen məlumat verib.

Son siyahıyaalmaya görə, Çinin əhalisi 1,411 milyard nəfərdən çoxdur. Beləliklə də, bu günə qədər ölkə sakinlərinin 85%-dən çoxunun peyvəndləmə prosesindən keçməsi təsdiq olunurb. Qeyd edək ki, Çində peyvənd pulsuz və könüllüdür.

Tural Tağıyev

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Nazirdən nöqsanlara görə işdən çıxarılan rəisin yerinə TƏYİNAT

SONRAKI XƏBƏR

Azərbaycanda bütün məhkumlar peyvənd olunub