Zibilliyə çevrilən “Şah Sultan Hüseyn” məscidi - VİDEO

Zibilliyə çevrilən “Şah Sultan Hüseyn” məscidi - VİDEO

Novxanı qəsəbəsində yerləşən “Şah Sultan Hüseyn” məscidi 18-ci əsrin tarixi memarlıq abidəsidir. Birmərtəbəli, kürsülü inşa edilən məscid 4 otaqdan və geniş həyətdən ibarət olub. Baxımsız vəziyyətdə olduğundan hazırda məscidin yarısı, demək olar ki, uçub.

Sakinlər bildirir ki, kənd bələdiyyəsi tərəfindən toplanan heyvan leşi və digər tullantılar buraya atılır. Elə çəkiliş zamanı da bələdiyyəyə məxsus traktorun əraziyə zibil boşaltdığının şahidi olduq.

Mövcud məsələ ilə bağlı Novxanı kənd bələdiyyəsindən bildirilib ki, ərazinin çirklənməsi və qədim məscidin ətrafında antisanitar vəziyyətin yaranmasına qurum cavabdeh deyil.

Məsəslə ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, məscidin yaxınlığına məişət tullantılarının atılmasının qarşısının alınması üçün dəfələrlə tədbir görülsə də, eyni hal yenidən təkrarlanıb.

Ətraflı Baku TV-nin sujetində:

Mənbə: www.oxu.az