Rumıniyada PCR test vermək üçün pulsuz məntəqələr açılır

Rumıniyada PCR test vermək üçün pulsuz məntəqələr açılır

Yanvarın 15-dən etibarən Rumıniyada klinika və xəstəxanalarında yüzlərlə PCR məntəqələri açılacaq. Burada hər bir vətəndaş COVID-19 xəstəliyinin onda olub-olmaması üçün pulsuz yoxlanıla bilər. AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu aksiya Milli sağlamlıq proqramı çərçivəsində keçirilir və koronavirusun gizli formasını aşkara çıxarmaq üçün nəzərdə tutulub. Bu “pilot layihəsi”nin cari il martın 1-dək qüvvədə olacağı gözlənilir.

Yanvarın 14-nə olan məlumata görə, Rumıniyada koronavirusa yoluxanların ümumi sayı 1 milyon 880 min nəfər olub. Onlardan 59 min 150 nəfər dünyasını dəyişib.

İqbal Hacıyev

Mənbə: azertag.az