Moskvada azərbaycanlı sürücü yük maşınında öldü

Rusiyanın paytaxtı Moskvanın "Food City" ticarət mərkəzində çalışan azərbaycanlı sürücü vəfat edib.

Bizim.Media xəbər verir ki, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü İntiqam Məmmədov idarə etdiyi yük maşınında keçinib.

İlkin ehtimal kimi soydaşımızın ölümünə qida zəhərlənməsinin səbəb olduğu deyilir.

Hazırda hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Aytəkin Alxaslı


Bizim.media

ƏVVƏLKİ XƏBƏR

"Xiaomi" elektromobil istehsalına başlayır - 10 milyard dollar

SONRAKI XƏBƏR

Bir-birinə güzəşt etmək istəməyən sürücülər arasında əlbəyaxa dava - VİDEO