Güclü külək Xaçmazda məktəbin damını uçurdu

Güclü külək Xaçmazda məktəbin damını uçurdu

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz rayonunda güclü külək qeydə alınıb.

Bizim.Media xəbər verir ki, külək rayonda bəzi fəsadlara törədib. Səhər saatlarından rayona elektrik enerjisinin verilişində fasilələlər yaranıb.

Külək Qobuqırağı kənd məktəbinin və Köhnə Xudat kəndində bir yaşayış evinin damını uçurub.

Xaçmaz Rayon Təhsil şöbəsinin müdiri İnqilab Musayev məktəbin damının uçması ilə bağlı Təhsil Nazirliyinin məlumatlandırıldığını deyib.

Qeyd edək ki, hadisə zamanı məktəbdə heç kim olmayıb.

Mənbə: bizim.media