Çexiyada jurnalist peyvəndlər barədə saxta məlumatlar dərc etdiyinə görə cərimələnib

Çexiyada jurnalist peyvəndlər barədə saxta məlumatlar dərc etdiyinə görə cərimələnib

Çexiyada jurnalist peyvəndlər barədə saxta məlumatlar dərc etdiyinə görə cərimələnib.

"Report" xəbər verir ki, bu barədə Çex Radiosu məlumat yayıb.

Praqa Şəhər Məhkəməsi yerli jurnalist Jana Peterkovanın koronavirus peyvəndləri ilə bağlı saxta məlumatlar yaymaqda təqsirli bilərək 250 min kron (təxminən 10 200 avro) cəriməyə məhkum edib.

Çexiyada bu, peyvəndlərin mənfi nəticələri barədə dezinformasiyanın yayılması ilə bağlı ilk cəza tədbiridir.

Jurnalist məhkəmənin hökmündən göründüyü kimi, cəriməni ödəməkdən əlavə, iddiaçılardan açıq şəkildə üzr istəməyə borcludur.

Mənbə: report.az