Tərtərdə iki kənd işıqsız qalıb

Tərtərin Xoruzlu kəndi yaxınlığında baş verən yol qəzası səbəbindən rayonun iki kəndinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hazırda rayonun Xoruzlu və Kəbirli kəndində ümumilikdə 600-dən çox evdə işıq yanmır.

Qeyd edək ki, qəza zamanı avtomaşın hər iki kəndə gələn yüksək gərginlikli elektrik xəttini zədələməsi kəndə işığın verilməsinə mane olub.

Aidiyyəti qurumlar problemin aradan qaldırılması istiqamətində işləyir.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Talibandan Çinə: Bizə kömək et, dünyada tanınaq

SONRAKI XƏBƏR

Erməni müğənni efirdə biabır oldu - Saxtakarlıqları üzə çıxdı - VİDEO