Binəqədidə Rumıniya ilə bağlı tədbir keçirilib

Binəqədidə Rumıniya ilə bağlı tədbir keçirilib

Yanvarın 14-də Binəqədi rayonunda dahi rumın bəstəkarı, dirijoru və və mahir musiqiçisi Corce Eneskunun adını daşıyan parkda “Rumıniyanın Milli Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və rayon ictimaiyyəti iştirak ediblər.

Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzülmüş və xatirəsi ehtiramla yad edilib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vasile Soare və səfirin müavini, diplomatik müşavir İon Naval ilə görüşüb.

Elxan Allahverdiyev görüşdə iki ölkə arasında dostluq münasibətlərindən danışıb.
Səfir isə öz növbəsində yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına və kollektivə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, “Mədəniyyət Günü” Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilib.

Mənbə: qafqazinfo.az