Alimlər "buster"in bədənə necə təsir etdiyini izah etdilər

Alimlər "buster"in bədənə necə təsir etdiyini izah etdilər

Avropa Tibb Agentliyinin mütəxəssisləri qeyd edirlər ki, koronavirusa qarşı gücləndirici (buster) peyvəndlərindən müntəzəm şəkildə istifadə edilməsi immunitetə ​​mənfi təsir göstərə bilər. Bu barədə Bloomberg məlumat yayıb.

Mütəxəssislərin fikrincə, gücləndirici dozalar dörd aydan bir verilməməlidir. Buna görə də, mütəxəssislər soyuq mövsümə yaxın gücləndirici peyvənd proqramlarına diqqət yetirməyi tövsiyə etdilər.

Təşkilatın bioloji təhdidlər bölməsinin rəhbəri Marko Kavaleri deyib ki, gücləndirici dozalar ildə iki dəfədən çox edilə bilməz. Mütəxəssislər inyeksiyalar arasında optimal müddətin 6-9 ay olduğuna əmindirlər.

Mənbə: virtualaz.org