Qırğızıstanın Əməkdar inşaatçısı, soydaşımız Əsəd Həsənov vəfat edib

Bişkek, 16 yanvar, AZƏRTAC

Qırğızıstanin Əməkdar inşaatçısı, İkinci Dünya müharibəsi veteranı, Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, soydaşımız Əsəd Həsənov 100 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, Əsəd Həsənov müharibə dövründə Krasnodar və Stavropolda hərbi əməliyyatlarda, Bryansk, Minsk, Karaçev, Varşava şəhərlərinin azad olunmasında iştirak edib, qələbəni Berlində qarşılayıb. 1930-cu illərdə yeniyetmə ikən valideynləri ilə Qırğızıstana sürgün olunan Ə.Həsənov müharibədən 16 orden və medalla qayıdıb.

Müharibədən sonra uzun illər Qırğızıstanın tikinti idarələrində rəhbər vəzifələrdə işləyib, Bişkek şəhərinin baş memarının müavini kimi məsul vəzifə tutub.

Təqaüdə çıxdıqdan sonra Ə.Həsənov Mədəniyyət Mərkəzi sədrinin müavini kimi böyük ictimai iş aparıb, Bakıda keçirilən Dünya Azərbaycanlılarının qurultaylarının iştirakçısı olub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

33 yaşlı qadın 10-cu dəfə ana oldu

SONRAKI XƏBƏR

2 penalti vuruldu, qalib müəyyənləşmədi