Sankt-Peterburqda rekord yoluxma qeydə alındı

Sankt-Peterburqda rekord yoluxma qeydə alındı

 

Rusiyanın şimal paytaxtı sayılan Sankt-Peterburqda sutka ərzində 3958 COVID-ə yoluxma faktı aşkar edilib. Bu, pandemiya başlayandan bəri ən yüksək göstəricidir.

Bununla da, indiyədək Sankt-Peterburqda qeydə alınan COVID xəstələrinin sayı 880 506 nəfərə çatıb.

Qeyd edək ki, öncəki antirekord 3779 olmaqla 11 dekabr 2020-ci ildə qeydə alınıb.

Həmçinin, son sutka ərzində şəhərdə sağalanların sayı 1142 nəfər artaraq 823 562 nəfərə, ölənlərin sayı isə 63 nəfər artaraq 28 997 nəfərə çatıb.

Mənbə: TASS

Mənbə: www.oxu.az