Mingəçevir şəhərinin mərkəzində, Axundov küçəsi-16 ünvanında bir evdə partlayış olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, partlayışın qaz sızmasından baş verdiyi deyilir.
Hadisə nəticəsində evdə yaşayan ana və 5 yaşlı qız uşağı xəsarət alaraq şəhər xəstəxanasına aparılıb.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkim briqadaları gəliblər.