7 yaşlı rus qız Yutubdan 28 milyon dollar qazandı

7 yaşlı rus Anastasiya Radzinskaya il ərzində 2 milyard rubldan çox qazanıb və bu nəticə ilə yutuberlər arasında ən çox qazanan ilk onluğa düşüb.

Kult.az xəbər verir ki, bu barədə “Forbes” yazıb.

Krasnodardan olan Anastasiya 2021-ci il ərzində 2 milyard 28 milyon rubl (28 milyon dollar) qazanıb. Bu, 2020-ci illə müqayisədə 10 milyon dollar çoxdur.

Anastasiyanın Yutub kanalının adı “Like Nastya”dır. Onun 87,5 milyon abunəsi var.

 

Axar.az

ƏVVƏLKİ XƏBƏR

BMT-nin əməkdaşı Türkiyədə qar uçqunu altında qalaraq həlak olub

SONRAKI XƏBƏR

"Real Madrid" 12-ci dəfə superkuboka sahib oldu