Türkiyədə ləğv edilən daxili uçuşlarda PCR testi tələbi bərpa olundu

Türkiyədə bir günlük aradan sonra daxili uçuşlarda PCR testi tələbi bərpa olunub.

Bu barədə ölkə mediası məlumat yayıb.

Məlumata əsasən, şəhərlərarası aviareyslərdə peyvənd olunmamış, peyvənd prosesini tamamlamamış və son 180 gündə COVID-19-a yoluxmamış şəxslərdən PCR tələb olunmağa davam ediləcək.

Qeyd edək ki, yanvarın 15-də Türk Hava Yollarının baş direktoru Bilal Ekşi özünün “Twitter” hesabından bildirib ki, daxil reyslə səfər edənlərdən PCR test tələbi ləğv edilib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Litvanın XİN rəhbəri Bağdada səfər edib

SONRAKI XƏBƏR

COVID-dən ölmə ehtimalını azaldan səbəb tapıldı