Avstriyada COVID vaksinasiya məcburi olacaq

Avstriya fevralın əvvəlindən 18 yaşdan yuxarı şəxslər üçün koronavirusa qarşı məcburi peyvəndləmə tətbiq edəcək.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Koronavirus pandemiyası ilə uğurla mübarizə aparmaq və Avstriyanın səhiyyə sistemini qorumaq üçün vaksinasiyanın əhatəsini yüksək səviyyəyə qaldırmaq lazımdır. Buna görə də, fevralın əvvəlindən Avstriyada COVID-19-a qarşı universal icbari peyvəndləmə qüvvəyə minəcək”, - deyə məlumatda bildirilib.

Qərara əsasən, fevralın əvvəlindən martın 15-dək peyvənd olunmamış şəxslər mütləq vaksinasiyadan keçməlidir. Qanun pozuntusuna görə 600 avrodan 3600 avroya qədər cərimə nəzərdə tutulur.

Mənbə: “RİA Novosti”

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Başına plastik çubuq dəyən futbolçunun diaqnozu açıqlandı

SONRAKI XƏBƏR

Renat 90 dəqiqə oynadı