Bu yol sürücülərin baş bəlasına çevirilib - VİDEO

Bu yol sürücülərin baş bəlasına çevirilib - VİDEO

Bərdənin Çəmənli kənd sakinlərinin yeni yol sevinci çox çəkməyib. Bir neçə il əvvəl kəndə yol çəkilişinə başlanıb, ancaq sonradan işlər yarımçıq qalıb. Artıq 2 ildən çoxdur ki, vəziyyət belədir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sakinlərin ortaq bir dərdi var, o da yol problemidir. 2019-cu ildə Bərdənin Çəmənli kəndinə yol çəkilişinə başlansa da, sonradan işlər yarımçıq qalıb. Sakinlərin sözlərinə görə, Zümürxan İmamqulubəyli və Çəmənli kəndlərini birləşdirən yolun yarısına asvalt örtüyü döşənib.

Narahat yol xüsusilə sürücülər üçün bir çox çətinliklər yaradır.

Sakinlər bildirirlər ki, yarımçıq qalan yolun çəkilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Amma müsbət nəticə əldə edə bilməyiblər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən "Xəzər xəbər"ə bildirildi ki, sözügedən yolun çəkilişi üçün 2019-cu ildə kənd sakinləri müraciət ediblər. Agentliyin daxili imkanları hesabına yolun 2 km-lik hissəsinə asvalt örtüyü vurulub. Digər 2 km yolda isə qum çınqıl işləri aparılıb. Yolun qalan hissəsinə asvalt qatının vurulması investisiya proqramına daxil edilib. Vəsait ayrılan kimi yolun çəkilməsi davam etdiriləcək.

Mənbə: news.milli.az