Gəncədə partlayışın nəticələri aradan qaldırılmır - VİDEO

Gəncədə partlayışın nəticələri aradan qaldırılmır - VİDEO

Gəncədə kanalizasiya kollektorunda baş verən partlayışın nəticələri 25 gündür ki, aradan qaldırılmır. Nəticədə onlarla insanın yaşadığı ərazidə təhlükəli vəziyyət yaranıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə dekabrın 23-də, Gəncənin Atabəylər küçəsində yerləşən ikimərtəbəli yaşayış binalarının qarşısında baş verib.

Əvvəl ətrafa kəskin qaz iyi yayılıb, sonra partlayış baş verib. Nəticədə beton plitə havaya sıçrayıb, daş parçaları ətrafa dağılaraq evlərə ziyan vurub.

Partlayış baş verəndən sonra əraziyə aidiyyətı qurumların əməkdaşları baş çəkib, açılmış kanalizasiya quyularının ağzı bağlanıb. Ancaq əsas dağıntı baş verən hissənin hələ də bərpa edilməməsi sakinləri narahat edir.

"Azərsu" ASC-nin Gəncə sukanal törəmə səhmdar cəmiyyətindən bildirilib ki, partlayış baş verən ərazidə ilkin təmir işləri aparılıb.

İdarənin rəsmisi Azər Məmmədovun haqqında bəhs etdiyi tədbirləri yetərsiz hesab edən sakinlər özləri də əlavə vasitələrlə quyunun ağzını örtməyə çalışırıar.

Ancaq cavabdeh qurumların rəy verməyə tələsməməsindən belə aydın olur ki, onlar hələ bir müddət də ərazidə ehtiyatla davranmalı olacaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Mənbə: news.milli.az