Dərmanların gecikməsindən yaranan problem - VİDEO

Dərmanların gecikməsindən yaranan problem - VİDEO

Talassemiya Mərkəzinin qarşısına yığışan bu şəxslər övladlarının sağlamlığına görə narahat olan valideynlərdir. Onlar talassemiya xəstəsi olan övladlarının əməliyyat tarixinin uzanmasından şikayətçidirlər. Səbəb isə əməliyyat üçün gərəkli olan preparatların ölkəyə gətirilməsində yaranan problemdir.

Valideynlər bu mərkəzdə keçirilən əməliyyatların uğurlu nəticələrinə ümid işığı kimi baxdıqlarını deyirlər. Ümumilikdə mərkəzin işindən razı olan valideynlər problemin İcbari Tibbi Sığortanın keçirdiyi tenderin vaxtının uzanmasında görürlər. Bu isə onların övladlarının həyatı üçün olduqca risklidir.

İlik transplantasiyası əməliyyatlarının növbəlilik əsasında aparıldığını və bu proses növbədə gözləyən 100-dən çox donoru olan xəstəyə də təsir etdiyini nəzərə alsaq, vəziyyət doğrudan da ciddidir.

Bura yığışan valideynlər daha sonra adıçəkilən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə üz tutdular. Biz də məsələni həmin qurumla araşdırmaq qərarına gəldik. Agentlikdən Sorğumuza cavab olaraq bildirildi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “2017-2021-ci illər üzrə qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində dərman təchizatının bir hissəsinin satın alınması həyata keçirilib və Milli Hematologiya və Transfuziologiya Mərkəzinə (Mərkəz) təhvil verilib. Hazırda xəstəlikdən əziyyət çəkən vətəndaşların əməliyyatı üçün istifadə olunacaq daha 2 dərman təchizatının əldə olunması ilə bağlı işlər həyata keçirilir. Cari ilin fevral ayının 1-nə kimi həmin dərmanların Mərkəzə təhvil verilməsi nəzərdə tutulub.

Yəni, valideynlərdən və sağlamlığına qovuşacağı günün həsrətində olan uşaqlardan daha iki həftə gözləmək xahiş olunur. Təki, sonda sağlıq olsun.

Mənbə: www.realtv.az