Arvadını öldürüb intihara cəhd edən ərin məhkəməsi başlayır

Arvadını öldürüb intihara cəhd edən ərin məhkəməsi başlayır

Ötən ilin iyulun 8-də Bakının Binə qəsəbəsində arvadını amansızlıqla qətlə yetirən Yadigar Cəfərovun məhkəməsi başlayır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yanvarın 26-sı saat 10:15-də məhkəmənin hazırlıq iclası keçiriləcək.

Prosesə hakim Azad Məcidov sədrlik edəcək.

Qeyd edək ki, Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirmişdi. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd etmişdi. Yadigar Cəfərov hadisədən sonra 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilmişdi.

Yadigar Cəfərov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Milli.Az

Mənbə: news.milli.az