İtaliya polisi çəhrayı rəngli tibbi maskalara etiraz edib

İtaliya polisi çəhrayı rəngli tibbi maskalara etiraz edib

İtaliya Polisinin Həmkarlar İttifaqı hökumətə hüquq-mühafizə orqanları əməkdaşlarının geyim formalarına edilən dəyişikliklərə yenidən baxılması üçün müraciət edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, yeni dəyişikliyə görə, polisdən tünd rəngli uniformalara uyğun gəlməyən çəhrayı rəngli qoruyucu maskalar taxmaqları tələb ediləcək.

Qərar qüvvəyə minməmiş sözügedən maskalar artıq Bolonya, Pavia, Venesiya, Vareze, Ferrara və Sirakuzadakı polis bölmələrinə çatdırılıb.

"Biz xahiş edirik ki, polisin xidməti vəzifələrini uniformalarına uyğun rəngdə (ağ, mavi və ya qara) maskalar taxaraq yerinə yetirməsini təmin etmək üçün təcili tədbirlər görülsün.
Hüquq-mühafizə orqanları əməkdaşlarının vətən, dövlət qarşısında içdikləri anda əsasən, onların geyim forması da layiqli olmalıdır", - deyə Həmkarlar ittifaqının sədri Stefano Paolini bildirib.

Milli.Az

Mənbə: news.milli.az