40 könüllü həkim 300-dən çox şəhid ailəsi və qazini müayinə edib

Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının(AKHA) və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi(RİİB) təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə dəstəyi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihə reallaşdırılıb. AzVision.az xəbər verir ki, aksiya çərçivəsində 40 könüllü həkim 21 ixtisas üzrə Biləsuvar və digər rayonlarda yaşayan, 300-dən çox şəhid ailəsi və qaziləri müayinə və müalicə ediblər. Xəstələr dərman preparatları ilə təmin olunublar. Aksiya zamanı xəstəlik aşkarlanmış vətəndaşların sonrakı mərhələdə tam müayinələrdən keçirilməsi, müalicəsi və zərurət olduqda cərrahi əməliyyatları həyata keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Regionlarında Şəhid ailələri və Qazilərin sağlamlığı” adlı layihəsinin növəti aksiyası 29 yanvar 2022-ci ildə tarixində Quba rayonunda keçirilməsi nəzərdə tutulub.






 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Mingəçevirdə 7 əlilin pensiyası niyə kəsilib? – Nazirlikdən OPERATİV CAVAB

SONRAKI XƏBƏR

Tbilisidə beynəlxalq konfrans keçirilir, Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunacaq