Gürcüstanda koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Gürcüstanda ötən sutka ərzində koronavirusa 7521 yeni yoluxma faktı qeydə alınıb və bununla da, ölkədə ümumi yoluxanların sayı 1 006 864-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin “StopCov.ge” saytı açıqlayıb.

Bildirilir ki, son 24 saat ərzində ölkədə 31 nəfər koronavirusdan dünyasını dəyişib, 3160 nəfər isə sağalıb.

Bununla yanaşı, Gürcüstanda koronavirusdan ümumilikdə dünyasını dəyişənlərin sayı 14 512, sağalanların sayı isə 934 667 nəfər təşkil edib.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Bakıdan Şuşa və Ağdama avtobus səfərlərinin qrafiki və qiymətləri AÇIQLANDI

SONRAKI XƏBƏR

Nazarbayevin qızının İsveçrədə 63 milyon dollarlıq qəsr aldığı üzə çıxdı