İlk səfər Ağdama olacaq – RƏSMİ

İlk səfər Ağdama olacaq – RƏSMİ

“İlk səfər Ağdam istiqamətində olacaq”.

Oxu.Az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib.

O bildirib ki, 10 yanvar 2022-ci il tarixində müvafiq müsabiqədə daşıyıcı şirkət seçilib.

“Qarabağ istiqamətinə marşrut xətti üçün nəzərdə tutulan avtobusların texniki göstərişlərinə ciddi diqqət edilib. Xüsusilə Şuşa istiqamətində yolları nəzərə alaraq əyləc sistemi xüsusi güclü olan avtobusların seçilməsinə üstünlük verilib”, - deyə Anar Rzayev əlavə edib.

Mənbə: www.oxu.az