Şuşada aşkarlanan minaların sayı açıqlanıb

"Şuşada ümumilikdə 1 684 ədəd patlamamış mina və silah sursat aşkar edilib".

"Report" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə 83 obyektdə təmziləmə işləri aparılıb və Şuşa şəhərinin özündə heç bir mina və partlamamış silah-sursat aşkar olunmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda daimi yaşamaq üçün icazəsi olan əcnəbilərin sayı açıqlanıb

SONRAKI XƏBƏR

Azərbaycanda istifadəsinə icazə verilən pestisidlərin və bioloji preparatların siyahısı açıqlanıb