Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda qaçqın statusu ilə yaşayan əcnəbilərin sayı açıqlanıb

Ötən il Azərbaycanda qanunsuz miqrasiyaya qarşı qəbul edilən qərar sayı 9 074 olub. Bu göstərici 2020-ci illə müqayisədə (7317) 24 faiz artım deməkdir.

“Report” xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin (DMX) sədri Vüsal Hüseynov qurumun 2021-ci il ərzində fəaliyyətinə dair keçirdiyi mətbaut konfransında deyib.

Onun sözlərinə görə, 150 nəfər qanunsuz miqrantların saxlama mərkəzlərində yerləşdirilib: “Bu sayda 2020-ci illə müqayisədə (332) 2,2 dəfə azalma olub. Qaçqın statusunda yaşayanların sayında isə son iki ilə görə dəyişmə yoxdur. Belə ki, bu rəqəm 2020 və 2021-ci illər üzrə 78 nəfər təşkil edib. Ölkədə qaçqın statusu ilə yaşayanların 43 nəfəri İran, 26-sı Əfqanıstan, 4-ü Liviya, 3-ü Pakistan, 2-si isə Cənubi Afrika Respublikasının vətəndaşıdır”.

V.Hüseynov bildirib ki, keçən il üçün 35 nəfər qaçqın və sığınacaq axtaran şəxslər olub: “2020-ci ildə bu say 305 olub. Bu da o deməkdir ki, ötən il bu rəqəmdə 8,7 dəfə azalma olub”.

Mənbə: report.az