Miqrasiya Xidmətinin saxlama mərkəzlərində koronavirusa yoluxan olub? - RƏSMİ

Miqrasiya Xidmətinin saxlama mərkəzlərində koronavirusa yoluxan olub? - RƏSMİ

“Miqrasiya Xidmətinin saxlama mərkəzlərində pandemiya başlayandan bu günə qədər saxlanılan əcnəbilər arasında koronavirusa (COVID-19) yoluxma halı baş verməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O bildirib ki, ötən il 150 nəfər mərkəzə yerləşdirilib. Bu mərkəzdə aparılan dezinfeksiya tədbirlərinin yüksək səviyyədə təşkil olunması ilə bağlıdır:

“Eyni zamanda, saxlama mərkəzinə məhdud sayda yerləşdirmə olub. Şəxslər mərkəzə gətirilərkən bir müddət özünütəcrid rejimində olurlar”.

İlhamə Əbülfət

Mənbə: www.oxu.az