Vətən müharibəsinin daha bir görünməyən qəhrəmanı - VİDEO

Vətən müharibəsinin daha bir görünməyən qəhrəmanı -  VİDEO

İkinci Qarabağ müharibəsi zamanı arxa cəbhədən ordumuza xeyli sayda dəstək verən vətəndaş oldu. Onlardan biri də Araz adlı şəxsdir. Yardımların paylanmasında aktiv iştirak edən Ədalət Zamanovun AzVision.az -a verdiyi məlumata görə Hacı Araz kimi tanınan həmin şəxsin ordumuza etdiyi yardım unikallığı ilə seçilib.

- Müharibənin ən qızğın vaxtı hörmət etdiyimiz bir cənab general tərəfindən bizə deyildi ki, qanaxma yaralanan hərbçilərimizin şəhid olmasına səbəb olan əsas faktorlardandır. Tibbdə isə xüsusi bir preparat var ki, hətta vena damarı belə ciddi zərər görsə, həmin dərmanı onun üzərinə qoymaqla 4 saata kimi qanaxmanı saxlayacaq. Ancaq təəssüf ki, o preparat bizdə yox idi. Bildiyim qədəri ilə o ancaq NATO əsgərlərinə verilir. Allah Hacı Araz qardaşımızdan razı olsun. Həmin xüsusi tibbi preparatı öz şəxsi vəsaiti hesabına 2 günün içində xaricdən gətirtdi.

O qeyd edib ki, bu bahalı preparatlardan 2500 ədədini əldə etdikdə sonra dərmanları bütün korpuslara çatdırıb.

- Araz qardaşımız müharibə başlanan gündən dekabra kimi öz vəsaiti hesabına Tərtər istiqamətində olan bir korpusu ərzaqla da təmin etdi. Düşünürəm ki, cəmiyyətimiz bəzi gizli qəhrəmanlarımızı tanımalıdır.


Tural Tağıyev
 

Mənbə: azvision.az