Ağdam və Şuşadan başqa digər ərazilərə də marşrut avtobusları açıla bilər - AÇIQLAMA

Ağdam və Şuşadan başqa digər ərazilərə də marşrut avtobusları açıla bilər - AÇIQLAMA

“Təhlükəsizlik tədbirləri imkan verdikcə, yollarda aparılan işlər nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərə yeni avtobus marşrutlarının açılması təmin ediləcək”.

Oxu.Az xəbər verir ki, bunu işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O bildirib ki, hazırda işğaldan azad olunan digər rayonlara gedişləri bağlı qərar yoxdur:

“Ağdam və Şuşa şəhərlərinin təhlükəsizlik tədbirləri tam təmin edilib. Vətəndaşların aidiyyəti qurumların nəzarəti altında səfərləri təşkil ediləcək. Odur ki, zamanla, digər ərazilərdə görülən infrastruktur layihələrinə müvafiq olaraq məsələ müzakirə edilə və yeni marşrut xətlərinin təşkili nəzərdə tutula bilər”, - deyə o əlavə edib.

Könül Cəfərli

Mənbə: www.oxu.az