Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumlarında 566,3 minədək vətəndaş qəbul edilib

Bakı, 18 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən ötən il 566 min 288 vətəndaşın qəbulu həyata keçirilib.

Onlardan 3580-i nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 562 min 708-i nazirliyin və qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində qəbul edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, eyni zamanda, ötən il 1 milyon 412 min 491 vətəndaş müraciəti (o cümlədən, nazirlik və qurumları tərəfindən 427 min 979 və 142 Çağrı Mərkəzi vasitəsilə 899 min 354, sosial şəbəkələr üzərindən 85 min 158 müraciət) cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Dörd əfqan Azərbaycan vətəndaşlığı almaq üçün müraciət edib

SONRAKI XƏBƏR

Qarabağa gedən avtobuslar: Sürücü peşəkarlığı, təmir bazası, ehtiyat avtobuslar...