"Üzvləri gənclər idi, ola bilsin “hörümçək” sözünü lüğətə salmağı unudublar" - Məsul redaktor

""Hörümçək" sözünün lüğətə salınması yaddan çıxıb".
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bunu Orfoqrafiya Lüğəti kitabının məsul redaktoru, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib:
“Hörümçək” sözünün lüğətə salınması yaddan çıxıb. Lüğətin tərtib olunması zamanı işçi qrup yaradılmışdı. Üzvləri gənclər idi. Ola bilsin ki, onlar “hörümçək” sözünü lüğətə daxil etməyi unudublar. “Hörümçək” sözü yoxdursa, “hörümçəkkimilər” sözü necə ola bilər ki? “Spayder” sözünə gəldikdə, o söz ingilis dilindən tərcümədə hörümçək mənasını versə də, əslində minik avtomobillərində yığılan (bəzən açılıb götürülə bilən) dama malik, iki yan qapılı və bir və ya iki sıra oturacaqlı kuzov növünə deyilir. Həmin hissə hörümçəyə bənzədiyi üçün “spayder” adlandırılır. Buna siz müəllifi olduğum “Yeni sözlər, yeni mənalar” lüğətində də rast gələ bilərsiniz”.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Ağdam və Şuşaya səfər: biletlər bu cür alınır

SONRAKI XƏBƏR

Özbəkistan PUA istehsalına başlayıb