Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib

Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib

Qəbələdə ətraf mühiti çirkləndirən 8 nəfər cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları aşkarlanıb. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 8 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub və hər biri 50 manat məbləğində cərimələnib.

Mənbə: report.az