Ermənilər YENƏ OĞURLADI: Bu dəfə qazaxların...- FOTO

Ermənilər YENƏ OĞURLADI: Bu dəfə qazaxların...- FOTO

Ən əski köçəri xalq olan türklərin milli içkisi olan qımızı ermənilər özünküləşdirməyə cəhd ediblər.

Metbuat.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində istifadəçilərdən biri Asiya çöllərində yaşayan qırğızlar, başqırdlar, qazaxlar, monqollar, yakutlar və özbəklər arasında bu gün də əhəmiyyətli bir içki sayılan qımızı "Milli erməni içkisi" kimi təqdim edib.

Qeyd edək ki, türklərdən və türklərin buyruğu altında olan millətlərdən başqa dünyanın heç bir yerində qımızdan içki kimi istifadə olunmamışdır. Məhz buna görə də V.Eberxardt yazırdı ki, "qımız içilən sahələrdə türklər yaşamışlar". Qımız madyan südünün turşudulması yolu ilə əldə edilir. Bunun üçün mayadan istifadə olunur. Maya kimi ya qımızdan, ya da pendir mayasından istifadə olunur. Əvvəlcə maya at dərisindən hazırlanmış tuluğa və ya palıd çəlləyinə tökülür. Üzərinə təzə sağılmış madyan südü əlavə edilərək bişkek adlanan ağacla yarım saat qarışdırılır. Əməliyyat bitdikdən sonra 3-4 saat fasilə edilir. Fasilədən sonra tuluğa təzə sağılmış süd əlavə edilərək qarışdırılır və 7-8 saat fasilə edilir. Fasilədən sonra yenidən təzə sağılmış madyan südü əlavə edilir və qarışdırılır. Bundan sonra bütün gecəni fasilə verilir. Səhər qımız hazır olur.

Görünür həyasız qonşumuzun tarix səhifələrində adı çəkilən bu qədim içki barədə ya xəbəri yoxdur, ya da yenə oğru peşəsinə davam etməklə nəsə qazanacaqlarına ümid edilər.

Metbuat.az həmin fotonu təqdim edir:

Aidə Fətəliyeva 

Mənbə: metbuat.az