Bakıda yaşıllıq ərazi hasarlandı: Səbəb AÇIQLANDI

 

Xətai rayonunda yaşıllıq ərazi hasarlanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, “Ukrayna dairəsi”də meşəlik ərazi hasarlanıb.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ərazidə yerləşən Heydər Əliyev parkı genişləndirilir:

“Həm uşaqlar, həm gənclər, həm də böyüklər üçün bir sözlə bütün yaş kateqoriyalarından olan insanlar üçün idman və əyləncə qurğuları, istirahət guşələri və sair quraşdırılacaq.

Salınmış yaşıllıq zolaqlarına və ağaclara aqrotexnik xidmətlər göstərilməsi, suvarılması üçün su xətləri çəkilir, müasir işıqlandırma sistemi qurulur”.

İlhamə Əbülfət

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

"Taliban" müsəlman ölkələrini hökumətini tanımağa ÇAĞIRDI

SONRAKI XƏBƏR

Azərbaycanda morq işçilərinin maaşı müəyyənləşib