Axtarışda olan şəxs tutulub

Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan şəxs T.Kapışov tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxs Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanaraq götürülüb.

 

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"İstefa verəcəyimi zarafat eləmişdim" - Erməni nazir

SONRAKI XƏBƏR

Azərbaycan Gimnastika Federasiyasında yeni təyinat olub