Metronun "20 Yanvar" stansiyasında şəhidlərin xatirəsi yad ediləcək

Bakı metropoliteni 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planını açıqlayıb.

Qurumdan Trend-ə verilən məlumata görə, sabah saat 12:00-da metropolitendə şəhidlərin xatirəsinə sükut dəqiqəsi "20 Yanvar" stansiyasında olacaq.

"Qatarlardan fit veriləcək. O gecə iş başında olmuş və hazırda metropolitendə çalışan 3 maşinist də stansiyada olacaq" - məlumatda deyilir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"İstefa verəcəyimi zarafat eləmişdim" - Erməni nazir

SONRAKI XƏBƏR

Azərbaycan Gimnastika Federasiyasında yeni təyinat olub