Yeni təyin olunan səhiyyə nazirinin DOSYESİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Bizim.Media yeni nazirin dosyesini sizə təqdim edir:

Teymur Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində anadan olub. 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb.
1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika fakültəsinin 1-ci kursuna qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib.

25 dekabr 2000-ci il tarixində namizədlik dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya komissiyasının qərarı ilə “tibb elmləri namizədi” elmi dərəcəsini alıb. 2003-2004-cü illərdə Fransanın “Universite Strasburg 1” Universitetində “laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi olub. 2013-2015-ci illərdə “Riga İnternational School of Business and Economics” və “Riga Stadins University” birgə magistratura təhsili alıb və 2015-ci ilin may ayında “Master fo Health Management (business executive)” magistr dərəcəsini alıb.

1994-1997-ci illərdə Bakı şəhəri 16 saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997-2001-ci illərdə H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və həkim-uroloq kimi işləyib.

2001-2003-cü illərdə “Azərbaycan Respublikasının İlk Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.

2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq, 2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində çalışıb.

2015-2016-cı illərdə “Baku Dobromed Hospital” özəl tibb mərkəzinin tibbi direktoru olub. 2016-2019-cu illərdə “Chenot Palace Gabala” kurortoloji mərkəzin tibbi direktoru vəzifəsində çalışıb. 2019-2020-ci ilin aprel ayına kimi “Spero Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.

2020-ci ilin aprel ayından etibarən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.

23 aprel 2021-ci ildə Prezident İlham Əliyev onun Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
 

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Türkiyə hərbçiləri daha 7 PKK terrorçusunu məhv etdi

SONRAKI XƏBƏR

Cerrard Suaresi komandasına dəvət etdi