Hərbi gəmilər Bakı buxtasına yaxınlaşdı - 20 Yanvar üçün... - VİDEO

Hərbi gəmilər Bakı buxtasına yaxınlaşdı - 20 Yanvar üçün... - VİDEO

Yanvarın 20-də SSRİ ordusunun törətdiyi qətliamlardan 32 il ötəcək.

EDNews.net xəbər verir ki, hər il olduğu kimi sabah da saat 12:00-da nəqliyyat və piyadaların hərəkəti bir dəqiqəlik sükutla dayandırılacaq. 20 Yanvar şəhidlərinin əziz xatırəsi anılacaq.

Qeyd edək ki, Bakı buxtasında gəmilər, həmçinin digər nəqliyyat vasitələri, metro və yerüstü qatarlar fit verəcək.

Anım Günü üçün hazırlıqlar artıq başlayıb. Hərbi gəmilər Bakı buxtasına daxil olaraq bulvara doğru yan alıblar.

Mənbə: ednews.net