Bakıda bina sakinləri yaşadıqları mənzillərə çıxarış ala bilmirlər - VİDEO

Xətai rayonu, Lütfizadə küçəsində yerləşən binanın sakinləri qurduqları Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyətinə tikintini həyata keçirən şirkətin müdaxilə etməsindən şikayətçidirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər iddia edirlər ki, tikintini həyata keçirən şirkət binanın qanuni idarəetməsinə mane olur və nəticədə binada kommunal xidmətlər sarıdan bir sıra problemlər yaranır. Yəni onlar nə yaşadıqları mənzilə çıxarış ala, nə qeydiyyata düşə, nə də kommunal xərcləri ödəyə bilirlər.

Sakinləri narahat edən digər məqamsa yaşadıqları ərazidə qeydiyyata düşə bilməmələridir.

Binanın tikintisini həyata keçirmiş "Əzizbəy-KM" MMC-nin direktoru isə yaranmış problemə görə sakinləri ittiham edir.

"Xətai-22" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədr müavini isə "Əzizbəy-KM" şirkətinin iddiası ilə razılaşmır.

Qeyd edək ki, binanın idarəçiliyini "Xətai-22" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti həyata keçirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

"Səfərlərdə sərnişinləri bələdçi, könüllü, polis müşayiət edəcək" - Xidmət rəisi

SONRAKI XƏBƏR

Şamaxı sakinindən qanunsuz odlu silah-sursat götürülüb